» » » Bakı “Formula 1” yarışlarına hazırlaşır

Bakı “Formula 1” yarışlarına hazırlaşır

Bakı “Formula 1” yarışlarına hazırlaşır

Mərkəzi küçələr bağlanır.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

NİİM-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, 2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, bəzi yolların asfalt örtüyündə dəyişiklik olunmasına ehtiyac var. 

Bu məqsədlə paytaxtın Xaqani küçəsindən Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlı olacaq.

NİİM-dən bildiriblər ki, "Formula 1" yarışları ilə bağlı dəyişiklik ediləcək yollar, təmirə bağlanacaq növbəti küçə və ya prospektlər haqda bir neçə gün öncədən ictimaiyyətə məlumat veriləcək.