» » » Nazirliyin əməkdaşları oğurluğa girən şəxsi xilas etdilər - VİDEO

Nazirliyin əməkdaşları oğurluğa girən şəxsi xilas etdilər - VİDEO

Nazirliyin əməkdaşları oğurluğa girən şəxsi xilas etdilər - VİDEO

Faktla bağlı araşdırmalar aparılır.

Dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində bir nəfərin mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

ucarliyiq.biz Lent.az-a istinadən xəbər verir ki, mağazanın çardağında çıxılmaz vəziyyətdə qalan şəxs 33 yaşlı Orxan Ağayev olub. 

Bəlli olub ki, o, saat 04 radələrində mağazaya oğurluq etmək üçün daxil olmağa çalışıb. Lakin iradəsindən asılı olmayaraq çətin duruma düşüb.
FHN əməkdaşları tərəfindən xilas edilən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Əməliyyat saat 04:45-də başa çatıb.