» » » Ermənistanda azərbaycanlının məhkəməsi başlayır

Ermənistanda azərbaycanlının məhkəməsi başlayır

Ermənistanda azərbaycanlının məhkəməsi başlayır

O, sərhəddi qanunsuz keçməkdə ittiham edilir.

Ermənistanın Lori vilayətində noyabrın 2-də ümumi ədliyyə məhkəməsində Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Turqay Mikayılovun məhkəməsi başlayacaq. News.am bu barədə Məhkəmə departamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, ittiham çıxarışına müvafiq olaraq Mikayılov iyulun 23-də saat 21.00 radələrində sərhəd postlarını keçərək, piyada Lori vilayətində Dzyunaşox kəndində erməni-gürcü sərhəddini keçib.

35 yaşlı Mikayılova qarşı Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci bəndi (sərhəddi qanunsuz keçmək) üzrə ittiham irəli sürülüb.