» » » Məşhur teleaparıcı İradə Zeynalova ərindən ayrılır

Məşhur teleaparıcı İradə Zeynalova ərindən ayrılır

Məşhur teleaparıcı İradə Zeynalova ərindən ayrılır

Televiziyanın ən möhkəm cütlüklərindən biri...

Rusiyanın “Birinci kanalında” “Voskresnoe Vremya” verilişini aparan əslən azərbaycanlı olan İradə Zeynalova və onun 52 yaşlı həyat yoldaşı Aleksey Samoletov ayrılmaq qərarına gəliblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Super” məlumat yayıb.

Xəbər yayımının kraliçası ayrılığın səbəbini açıqlamır.

Xatırladaq ki, onlar on ildən artıq ailəli olublar. Onların bu evlilikdən iki - Timur və Oleq adlı oğulları var.

Daha öncə müsahibə zamanı Zeynalova ekranda qaynar nöqtələrdə işləmkədən çəkinməyən və təbii fəlakətlərin baş verdiyi zonalardan reportajlar hazırlamaqdan qorxmayan “dəmir ledi” kimi göründüyünü etiraf edib.

Ailə həyatında İradə yumşaqdır.

“İşdə titanı əyərəm, saatın əqrəblərini geri getməyə məcbur edərəm, məişətdə isə əski parçasıyam. Həm ərim, həm oğullarım, həm dostlarım, həm də qohumlarım məndən ip hörə bilərlər”- Zeynalova təbəssümlə bildirib. 

Dni.ru-nun yazdığına görə, İradə Zeynalova öz karyerası ərzində “Birinci kanalın” Böyük Britaniyada xüsusi müxbiri, Yaxın Şərqdə hərbi müxbir, daha sonra müxbir dinamikasını studiya işinə dəyişərək “Voskresnoe Vremya” verilişinin aparıcısı olub.

O, belə boz yaradıcı tərcümeyi-halında qeyri-adi heç nə görmür.

“Mənim fikrimcə, hər şey məntiqidir. Karyera belə qurulub: mədəniyyət müxbiri, sonra universal, sonra Avropa, Yaxın Şərq müxbiri və daha sonra isə analitik proqramın aparıcısı. Çətinliyin artma dərəcəsinə görə irəliləyiş” - teleaparıcı belə hesab edir.