» » » Bakıda güclü yanğın: 12 nəfər təxliyə edildi

Bakıda güclü yanğın: 12 nəfər təxliyə edildi

Bakıda güclü yanğın: 12 nəfər təxliyə edildi

FHN məlumat yaydı.

Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binada yanğın olub. 

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə olunub. Mənzilər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.