» » » Davidıç Bakıda 258 km/s sürətlə “Aston Martin” sürdü - VİDEO

Davidıç Bakıda 258 km/s sürətlə “Aston Martin” sürdü - VİDEO

Davidıç Bakıda 258 km/s sürətlə “Aston Martin” sürdü - VİDEO

“Onu bütün dünya sevir”.

Qalmaqallı məşhur avtomobil blogeri Erik Davidıç Azərbaycanda çəkilən növbəti test-drayvını Youtube-də yerləşdirib.

ucarliyiq.biz xəbər verir ki, məşhur bloger “Aston Martin DBS” markalı avtomobilini Bakıda sınaqdan keçirib.

Erik “Aston Martin” avtomobilini dünyada ən gözəl maşınlardan hesab etdiyini qeyd edib:

“Onu bütün dünya sevir. Gəlin belə danışaq: mən heç bir Bond tanımıram, filmlərə baxmamışam. Sanki salonla dizaynerlər deyil, zərgərlər məşğul olub”.

Qeyd edək ki, bu, Erik Davidıçın Azərbaycanda test-daryvının dördüncüsüdür. Azərbaycanda çəkilən daha 8 test-drayvın nümayişi gözlənilir.

Erikin Azərbaycanda test etmək üçün seçdiyi avtomobillər arasında “Ferrari”, “Porsche 911”, “Aston Martin”, “Chevrolet Corvette” kimi idman avtomobilləri ilə yanaşı, “BMW E9” kimi klassik avtomobil markası da var.

ucarliyiq.biz Erik Davidıçın ikinci test-drayvının videosunu təqdim edir:

Diqqət! Videoda qeyri-normativ leksika var.

Elvin Əhmədov