» » » 14 yaşında ərə verilən və döyülən gəlin özünü öldürmək istədi

14 yaşında ərə verilən və döyülən gəlin özünü öldürmək istədi

14 yaşında ərə verilən və döyülən gəlin özünü öldürmək istədi

Araşdırma aparılır.

Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib. 

Atası Allahverdi Mustafayev bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb. 

O, qızının dəfələrlə zorakılğa məruz qaldığını deyib: 

“Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.

Faktla bağlı N. Qasımovanın valideynləri Ağcabədi rayon Polis Şöbəsinə müraciət ediblər, araşdırma aparılır.