» » » Hərbçiləri daşıyan maşın qatarla toqquşdu: Yaralı var

Hərbçiləri daşıyan maşın qatarla toqquşdu: Yaralı var

Hərbçiləri daşıyan maşın qatarla toqquşdu: Yaralı var

Müdafiə Nazirliyi məlumat yaydı.

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.