» » » Sərnişin gəmiləri tezliklə istismara qayıdacaq

Sərnişin gəmiləri tezliklə istismara qayıdacaq

Sərnişin gəmiləri tezliklə istismara qayıdacaq

Zəruri təmir işləri aparılır.

Sərnişin gəmiləri tezliklə istismara qayıdacaq.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən ucarliyiq.biz-a verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda bir aydır ki, dok təmirinə saxlanılan “General Əsədov” gəmisinin sualtı hissəsi tam təmizlənərək rənglənib, baş və köməkçi mühərrikləri təmir olunub, hava kompressorları, nasosları, bütün elektrik avadanlığı yoxlanaraq tənzimlənib. Gəminin avar valı, əsas və köməkçi sükan qurğularında da təmir işləri görülüb.

Hazırda “General Əsədov”un suüstü hissəsi və göyərtələri təmizlənərək rənglənir, xilasetmə qurğusunda, yaşayış və xidməti otaqlarında zəruri təmir işləri aparılır.

Gəmi istismara hazır olandan sonra həm də Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün təlim-təcrübə məqsədlərinə xidmət edəcək, gənclər burada şərəfli dənizçi peşəsinin incəliklərinə yiyələnəcəklər.

Daha bir sərnişin gəmisi – dəniz neftçilərinə xidmət göstərən 67 nəfərlik “MPK-470” bu ilin may ayından “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Təmir müddətində gəmidə gövdə-qaynaq işləri ilə yanaşı, mexaniki və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri görülüb. Hazırda körpüdə sınaq işləri aparılır, gəmi gövdəsinin rənglənməsi prosesi yekunlaşmaq üzrədir.