» » » Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO

Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO

Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO

Hadisə yerinə FHN xilasediciləri cəlb edilib.

İntensiv yağışlar Cəlilabadda da fəsadlar törədib.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, ən çox ziyan rayonun Albalan  kəndində müşahidə olunub. Belə ki, sel suları kənddə iki körpünü yuyaraq yarasız vəziyyətə salıb. Nəticədə yaşayış məntəqəsinin bir tərəfinin digər tərəflə əlaqəsi kəsilib.
 
Sel suları kənddə həmçinin şəxsi və ictimai təsərrüfatlara, əkin sahələrinə də ciddi  ziyan vurub. Albalan kəndini elektrik enerjisi ilə təmin edən transformator sel sularının təsirinə məruz qaldığından yerli sakinlər işıqsız qalıb.
 
Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları və yerli icra strukturlarının nümayəndələri kəndə gələrək, hadisə yerinə baxış keçiriblər. Evləri suyun altında qalmış sakinlər müvəqqəti olaraq qohumlarının yanına köçürülüb.
 
Məlumata görə, rayonun Ağdaş kəndində də bəzi ərazilər sel sularına qərq olunub. Hazırda cənub bölgəsinin digər rayonlarında olduğu kimi Cəlilabadda da yağıntılı hava şəraiti  davam etməkdədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ucarliyiq.biz-a verilən məlumata görə, oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.

Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb.
 
Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar  təhlükəsiz əraziyə köçürülüb. Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO

Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO

Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO

Sel suları cənub bölgəsində fəsadlar törədib - FOTO