» » » Vergilər Nazirliyində kadr dəyişiklikləri

Vergilər Nazirliyində kadr dəyişiklikləri

Vergilər Nazirliyində kadr dəyişiklikləri

Nazirlik məlumat yaydı.

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri baş verib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin I müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin I müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər.