» » » Şamaxı, Saatlı, Şirvan və Bakıda ev yandı

Şamaxı, Saatlı, Şirvan və Bakıda ev yandı

Şamaxı, Saatlı, Şirvan və Bakıda ev yandı

FHN məlumat yaydı.

Şamaxı, Saatlı, Şirvan və Bakıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən ucarliyiq.biz-a verilən məlumata görə, Şamaxı rayonu, Laləzar kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavan hissəsi 55 kv.m sahədə yanıb. Evin qalan hissəsi yangından mühafizə olunub.

Saatlı rayonu, Bəylər kəndində isı vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

Digər yanğın hadisəsi Bakının Yasamal rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.
 
Şirvan şəhərində isə ümumi sahəsi 195 kv.m olan 7 otaqdan ibarət ofisin mətbəxində 1 ədəd su qızdırıcısı, 4 kv.m sahədə mətbəx mebeli və lambirdən ibarət tavan 10 kv.m sahədə yanıb.

Daha bir yanğın hadisəsi Bakı şəhəri, Xətai rayonunda baş verib. İkimərtəbəli tikilinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan çay evində 1 ədəd soyuducu, 2 ədəd kondisioner və 1 ədəd televizor yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.