» » » Evdən qovulan uşaq: Atalığım anama deyirdi evə gəlsə, öldürüb gizlədək... - FOTO

Evdən qovulan uşaq: Atalığım anama deyirdi evə gəlsə, öldürüb gizlədək... - FOTO

Evdən qovulan uşaq: Atalığım anama deyirdi evə gəlsə, öldürüb gizlədək... - FOTO

“Anam da həmişə sərxoş olurdu.”.

- Atalığım mənə zorla araq içirdirdi. Sonra da şprisə araq dolduraraq 2 yaşlı qardaşımın boğazına tökürdü. Qardaşım acı olduğuna görə arağı yerə tüpürəndə atalığım hirslənirdi. Amma qardaşımı incitmirdi, ona hirslənəndə də məni döyürdü.

- Bəs anan səni qorumurdu?

- Yox, anam da həmişə sərxoş olurdu. Atalığımın dostları hər gün bizə gəlirdi, bir yerdə içirdilər. Anam da atalığım kimi məni sevmirdi. Məni heç kim sevməyib. Nə atam, nə anam, nə də atalığım...

...Azərbaycan Uşaqlar Birliyin sığınacağına yerləşdirilən mavi gözlü, sarı saçlı Mişanın başına gələnlərdən çoxları xəbərdardır. Onun ayaq barmaqları donvurmadan amputasiya olunub. Sonradan Bakıdakı 5 saylı klinik xəstəxanada əməliyyat edərək ayaq barmaqlarını da kəsiblər.

Evdən qovulan uşaq: Atalığım anama deyirdi evə gəlsə, öldürüb gizlədək... - FOTO

ucarliyiq.biz xəbər verir ki, Virtualaz.org saytı valideynləri tərəfindən evdən qovulmuş 2005-ci il təvəllüdlü Mixail Andreyeviç İvanişinin əməliyyatı ilə bağlı bu ilin martında məlumat yaymışdı. İndi Mixalil əlil arabasındadır. Ailəsi isə Rusiyaya qaçıb.

Mişa isə deyir ki, hələ də qorxur:

- Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayırdıq. Ata-anam rus, atalığım isə azərbaycanlıdır. Anam deyirdi ki, əsl atan narkomandır, Rusiyada həbs edilib. Atam heç vaxt məni görmək istəməyib. Mən böyüyəndə atamın arxasınca gedəcəm, onu axtaracam. Atama deyəcəm ki, gəl birgə yaşayaq, səni çox istəyirəm. Sonra qardaşımı yanıma gətirəcəm. Biz üçümüz birlikdə yaşayacağıq. Amma anamı, atalığımı görmək istəmirəm. Bir az da böyüyəndən sonra anamdan, atalığımdan qorxmayacam.

- İndi yenə də onlardan qorxursan?

- Məni hər gün döyürdü, öldürmək istəyirdi. Sonra atalığım məni möhkəm döyüb evdən qovdu. Onda anam sərxoş idi, yatırdı. Dedi ki, səni tutan kimi öldürəcəm. Mən də gedib evin yanındakı anbara girdim. Orada şoraba saxlayırdılar. 5 gün qaranlıqda şoraba yeyib yatdım. Gecələr səslərini eşidirdim. Atalığım anama deyirdi ki, evə gəlsə, öldürüb gizlədəcəm. Bir neçə dəfə evdən qaçmışdım. Polislər məni gətirib atalığıma vermişdilər. Atalığım isə məni döymüşdü, ac saxlamışdı. Ona görə də gündüzlər anbardan çıxmağa qorxurdum. Sonra yeriyə bilmədim, yıxıldım. Qonşular məni həkimə apardılar. Oradan da Bakıdakı xəstəxanaya gətirdilər. Atalığım içib xəstəxanaya gəlmişdi. Mənə dedi ki, şikayət etsən, səni öldürəcəm. Həm də həkimlərlə dalaşdı. Sonra Kəmalə xala (Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə-red.) gəldi. Mən xəstəxanadan çıxandan sonra sığınacağa gətirdilər.

Evdən qovulan uşaq: Atalığım anama deyirdi evə gəlsə, öldürüb gizlədək... - FOTO

- İndi vəziyyətin necədir?

- Burada atalığımdan, anamdan qorxmuram. Onlar Rusiyadadır, amma sığınacağa gəlsələr də məni döyə bilməyəcəklər. Burada adam çoxdur. Uşaqlar mənə kömək edirlər, bizə yemək verirlər, dərs oxumağımıza kömək edirlər. Mən sağalanandan sonra məktəbə də gedəcəm.

- İndi məktəbə getmirsən?

- Yox, məktəbə getmirəm. Evimizdə olanda da məktəbə getmirdim. Anam sərxoş olub yatanda yemək axtarırdım, qardaşıma baxırdım. Amma indi məktəbə getmək istəyirəm, fotoqraf, bir də polis olmaq istəyirəm. Fotoaparatım olandan sonra uşaqları döyən ataların, anaların şəkillərini çəkib insanlara göstərəcəm. Polis olanda isə uşaqlarını döyən ataları həbs edəcəm. Ona görə də məktəbə getmək istəyirəm.

***

Kəmalə Ağazadə isə deyir ki, valideynləri Mişanı evdən qovandan sonra uşaq zirzəmidə qalıb: “Fevralda günlərlə zirzəmidə qalan Mişanın ayaq barmaqlarında qanqrena başlayıb. Buna görə də uşağın bütün barmaqlarını amputasiya etdilər. Əməliyyatdan sonra Mişa təkərli əlil arabasında hərəkət etməyə məcbur olub. Uşaqda regenerasiya prosesi çox yavaş gedir. Mişa hələ uzun müddət müalicə almalıdır”.

Hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında Mişa kimi valideynləri tərəfindən atılmış 35 uşaq məskunlaşıb. Onların arasında televiziyadakı tanışlıq verilişlərində tanış olub evlənənlərin də uşaqları var.

Evdən qovulan uşaq: Atalığım anama deyirdi evə gəlsə, öldürüb gizlədək... - FOTO

...Sığınacağı tərk edəndə Mişa arxamızca səslənir: “Təkcə qardaşımı görmək istəyirəm. Siz onu bura gətirə bilərsiniz? Onun üçün çox darıxıram”.

Bu uşağa veriləcək cavabımız yoxdur. Deməyə söz tapmağı elə də asan sanmayın...