» » » Rusiyanın Azərbaycandakı səfirliyində xatirə dəftəri açılacaq

Rusiyanın Azərbaycandakı səfirliyində xatirə dəftəri açılacaq

Rusiyanın Azərbaycandakı səfirliyində xatirə dəftəri açılacaq

Təyyarə qəzası ilə əlaqədar.

Rusiya təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə dəftəri açılacaq.

Rusiyanın Azərbaycandakı səfirliyindən ucarliyiq.biz-ə verilən məlumata görə, xatirə dəftərində noyabrın 2-də saat 15:00-17:00, noyabrın 3-də isə saat 10:00-12:00 və 15:00-17:00-da qeyd yazmaq mümkün olacaq.
 
Xatırladaq ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus təyyarə oktyabrın 31-də Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü həlak olub. Dəhşətli qəza ilə əlaqədar Rusiyada matəm elan edilib.