» » » Azərbaycanda 4 universitetin rektoru dəyişəcək

Azərbaycanda 4 universitetin rektoru dəyişəcək

Azərbaycanda 4 universitetin rektoru dəyişəcək

Onlar deputat seçiliblər.

Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dillər Universitet, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektorları dəyişiləcək.

ucarliyiq.biz xəbər verir ki, buna səbəb deputatlığa namizədliyini irəli sürən 4 rektorun adının - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibb Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) artıq seçilənlər sırasında olmasıdır.

Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov - 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abiyev isə - 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Xatırladaq ki, bu ilin sentyabrında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirmişdi ki, yeni qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.