» » » Yetkinlik yaşına çatmayan cinayətkarların məhkumluq müddəti azaldılır

Yetkinlik yaşına çatmayan cinayətkarların məhkumluq müddəti azaldılır

Yetkinlik yaşına çatmayan cinayətkarların məhkumluq müddəti azaldılır

Prezident sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən şərti məhkumluq istisna olmaqla, məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş məhkumluq müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir:

azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən 6 ay;

böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən 1 il;

ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən 3 il keçdikdə.

  1. iran 3 noyabr 2015 16:56


    ola bilsinki yas heddleri az olduqundan etdiyi sehvleri anlamiyiblar. ve ya ola bilsinki kasibciliqdan bilmeyibler neynesinler.hamsi zemanedendir.yasam terzindendir.


  2. Bextiyar 4 noyabr 2015 00:25


    usagin cinayetkar olmasinin sebebi bir basa valideynen aslidi,,.cunki usagi lap balaca yaslarindan buraxirlar oz basina onlarda kucede nese gorurler isteyirlerki onu gotursunler ve bele bele usaq boyuyende ogru quldur ve yaxutda adam oldurene cevrilir..meselen bizim qonsuluqda bir usaq var seher saat 7 dede yuxudan dursam durub goruremki zibillikde eselenir ana ata nezaret etmir tebiki bele usaqlar boyuyende cinayetkar olur.

    --------------------