» » » Bakıda qadın polis cinayətkarı zərərsizləşdirdi

Bakıda qadın polis cinayətkarı zərərsizləşdirdi

Bakıda qadın polis cinayətkarı zərərsizləşdirdi

O, cinayətkarın qollarını burub.

Bakının Nizami rayonunda polis qız cinayətkarı hadisə yerində yaxalayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə haqqin.az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.

Noyabrın 2-də Qara Qarayev prospektində 86 saylı binanın qarşısında gənc oğlan Bakı sakini Elmira Həsənovanın (1951-ci il təvəllüdlü) içində 450 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsi olan çantasını alıb.

Çantanı aldıqdan sonra cinayətkar hadisə yerindən qaçıb. Bunu görən polis qız cinayətkarın ardınca qaçıb. O, cinayətkarı saxlayaraq onun qollarını burub və onu rayon polis idarəsinə təhvil verib.

Qəhrəman qız Nizami rayon Polis İdarəsinin Patrul Xidmətinin əməkdaşı, kiçik serjant Aygün Qurban qızı Səmədova (1986-cı il təvəllüdlü) olub.

Fakt üzrə paytaxt sakini Elçin Nadir oğlu Xudatov (1986-cı il təvəllüdlü) saxlanılıb. Hal-hazırda Xudatovun digər əmlak xarakterli cinayətlərə aidiyyatı olması üzrə yoxlama aparılır.