» » » NATO Qarabağ münaqişəsinə qarışmayacaq

NATO Qarabağ münaqişəsinə qarışmayacaq

NATO Qarabağ münaqişəsinə qarışmayacaq

Əgər xahiş etməsələr....

Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah verən ölkə münaqişənin davamına xidmət edir.

ucarliyiq.biz news.am-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyu (William Lahue) Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib. 

O xatırladıb ki, NATO münaqişənin tənzimlənməsi prosesində bilavasitə iştirak etmir:

“Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi barədə suala cavab verən NATO nümayəndəsi bunun NATO-nun məqsədlərinə daxil olmadığını söyləyib:

“Əgər Ermənistan, Azərbaycan və digər maraqlı tərəflər istəsələr, bu, müzakirə edilə bilər”.