» » » Azərbaycanda İntellekt Marafonu Festivalı keçiriləcək

Azərbaycanda İntellekt Marafonu Festivalı keçiriləcək

Azərbaycanda İntellekt Marafonu Festivalı keçiriləcək

Ölkənin 18 regionundan 1000-lə gəncin iştirakı gözlənilir.

İntellekt Marafonu Festivalı keçiriləcək 

ucarliyiq.biz xəbər verir ki, İntellekt Marafonu Festivalı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunacaq. Xəzər İntellektual Gənclər Klubu tərəfindən həyata keçiriləcək layihədə ölkənin 18 regionundan 1000-lə gəncin iştirakı gözlənilir.

Festivalın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. İntellekt Marafonu Festivalında 29 yaşına qədər olan gənclər iştirak edə bilərlər.  

Layihənin seçim turları Bakıda və ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş 60 komanda festivalın Bakıda təşkil olunacaq finalına vəsiqə qazanacaq. 

Final Bakıda 21 noyabrda, Kempinski Hotel Badamdarda təşkil olunacaq.