» » » “MTN işi”nə görə həbs edilən zabitin intihar etməsi barədə məlumatlara - RƏSMİ REAKSİYA

“MTN işi”nə görə həbs edilən zabitin intihar etməsi barədə məlumatlara - RƏSMİ REAKSİYA

“MTN işi”nə görə həbs edilən zabitin intihar etməsi barədə məlumatlara - RƏSMİ REAKSİYA

Baş Prokurorluq məlumatı təkzib edib.

Baş Prokurorluq “MTN işi”nə görə həbs edilən şəxslərdən birinin intihar etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

ucarliyiq.biz xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bu barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir və qəti şəkildə təkzib olunur.

Qeyd edək ki, “Azadlıq.info” saytı “MTN işi”nə görə həbs olunan zabitlərdən birinin intihar etməsi barədə məlumat yayıb. Məlumatda intihar edənin kimliyi haqqında məlumat verilmir.