» » » Sinoptiklər sabaha xoş hava proqnozlaşdırırlar

Sinoptiklər sabaha xoş hava proqnozlaşdırırlar

Sinoptiklər sabaha xoş hava proqnozlaşdırırlar

Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.