» » » Məktəblərdə tətil günlərinin vaxtı açıqlandı

Məktəblərdə tətil günlərinin vaxtı açıqlandı

Məktəblərdə tətil günlərinin vaxtı açıqlandı

Dərslər iyunun 14-də başa çatacaq.

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı məlum olub.

Təhsil Nazirliyindən ucarliyiq.biz-a verilən xəbərə görə, Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri gələn il iyunun 14-də başa çatır. 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.
 
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar. 
 
İkinci yarımil - 1 fevral - 14 iyun.