» » » Rauf Mirqədirovun məhkəməsi başladı

Rauf Mirqədirovun məhkəməsi başladı

Rauf Mirqədirovun məhkəməsi başladı

Növbəti proses qapalı keçiriləcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

R.Mirqədirovun vəkili 4 vəsatət qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib. Proses qapalı keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.