» » » Leyla Əliyeva: Mənim üçün “Puşkin” medalını almaq böyük fəxrdir – FOTO

Leyla Əliyeva: Mənim üçün “Puşkin” medalını almaq böyük fəxrdir – FOTO

Leyla Əliyeva: Mənim üçün “Puşkin” medalını almaq böyük fəxrdir – FOTO

“Azərbaycanda rus dilində təhsil qorunub saxlanılıb”.

Mənim üçün Rusiyanın dövlət mükafatını, “Puşkin” medalını almaq böyük fəxrdir.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu Kremldə 4 noyabr Milli Birlik Gününə həsr olunan təntənəli qəbulda Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva deyib.

Rusiya prezidentini Milli Birlik Günü münasibəti ilə təbrik edən L. Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

“Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə hörmət simvolu kimi dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi Bakının mərkəzində ucaldılıb”, - deyə L.Əliyeva vurğulayıb.

Rusiya Azərbaycan münasibətlərinin dərin tarixi köklərə malik olduğunu söyləyən L. Əliyeva bu münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

“Humanitar sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rus dilində təhsil qorunub saxlanılıb. 300-dən çox məktəbdə rus dili tədris olunur. Bakı Slavyan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Bir qədər əvvəl isə Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialı açılıb”, - deyə AMOR sədri bildirib.

L. Əliyeva qeyd edib ki, Azərbaycan xalqı Rusiya ilə mədəni-humanitar sahədəki əlaqələrə yüksək qiymət verir.

“Mən ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq əlaqələrinə öz töhfəmi verdiyimə görə çox şadam. Bir daha Vladimir Vladimiroviç Putinə bu ali mükafata görə təşəkkürümü bildirirəm. Sizdən bu mükafatı almaq mənim üçün çox dəyərlidir”, - L.Əliyeva qeyd edib.

Leyla Əliyeva: Mənim üçün “Puşkin” medalını almaq böyük fəxrdir – FOTO

Leyla Əliyeva: Mənim üçün “Puşkin” medalını almaq böyük fəxrdir – FOTO