» » » Allahşükür Paşazadə Livana səfərə yola düşüb

Allahşükür Paşazadə Livana səfərə yola düşüb

Allahşükür Paşazadə Livana səfərə yola düşüb

QMİ məlumat yaydı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 4-də Livan dövlətinə səfərə yola düşüb. 

QMİ-nin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən xəbərə görə, səfərin məqsədi Məzhəblərin yaxınlaşması təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.
 
Məlumata görə, İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islami həmrəyliyin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.
 
QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.
 
A. Paşazadəni səfərdə QMİ sədrinin I müavini müfti Salman Musayev müşayiət edir.