» » » Bakıda 3 otaqlı evdə partlayış baş verdi

Bakıda 3 otaqlı evdə partlayış baş verdi

Bakıda 3 otaqlı evdə partlayış baş verdi

FHN məlumat yaydı.

Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. 

Nəticədə 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb, partlayışın təsirindən evin damı və divarı uçub. 

Yanğın zamanı ev sahibi və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıblar.