» » » Bakıda “Bayraq yürüşü” keçiriləcək

Bakıda “Bayraq yürüşü” keçiriləcək

Bakıda “Bayraq yürüşü” keçiriləcək

Təhsil Nazirliyi məlumat yaydı.

Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.

ucarliyiq.biz-a daxil olan məlumata görə, yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak edəcəklər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

“Bayraq yürüşü”nün “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur.