» » » Azərbaycan inkişaf etmiş dünya ölkələri reytinqində irəlilədi

Azərbaycan inkişaf etmiş dünya ölkələri reytinqində irəlilədi

Azərbaycan inkişaf etmiş dünya ölkələri reytinqində irəlilədi

8 pillə irəliləyib.

Britaniyanın məşhur analitik mərkəzi Legatum Institute tərəfindən 2015-ci il üçün tərtib edilmiş reytinqdə Azərbaycan dünya ölkələri arasında 71-ci yeri tutub.   

ucarliyiq.biz interfax.az-a istinadən xəbər verir ki, keçən ilin göstəriciləri ilə müqayisədə Azərbaycan səkkiz pillə irəliləyib.

Ümumilikdə Azərbaycan reytinqdə 2012-ci ildə tutduğu 94-cü yerdən 2015-ci ildə 71-ci yerə qalxaraq, 23 pillə yüksəlib. Bu, Cənubi Qafqaz ölkələri arasında ən yaxşı dəyişiklikdir. Belə ki, Ermənistanın göstəriciləri cəmi 6 pillə - 98-ci yerdən 93-cü yerə qədər dəyişib, Gürcüstanın göstəriciləri isə 13 pillə 93-cü yerdən 80-ci yerə qədər yüksəlib.

Müxtəlif göstəricilərə görə baxsaq, iqtisadiyyat və sahibkarlıq fəaliyyətinə görə Azərbaycan müvafiq olaraq 51-ci və 70-ci yerlərdədir. Legatum Institute-ın ekspertləri Azərbaycanı təhsil göstəricisinə görə 82-ci yerdə, səhiyyə göstəricilərinə görə isə 68-ci pillədə yerləşdiriblər.

Təhlükəsizlik və sosial kapital göstəricilərinə görə Azərbaycan 71 və 80-ci yerlərdə qərar tutub, həmçinin dövlət idarəsi göstəricisinə görə 9-cu, şəxsi azadlığa görə isə 92-ci yeri tutub.

İndeks 142 dövləti əhatə edir. Liderlər üçlüyünə Norveç, İsveçrə və Danimarka daxildir.

Legatum İnstitutunun (The Legatum Prosperity Index) rifah indeksi Britaniyanın The Legatum Institute mərkəzinin birləşdirilmiş göstəricisidir, burada dünya ölkələrinin inkişafı nöqteyi-nəzərindən əldə etdikləri nailiyyətləri ölçülür.