» » » Azərbaycanda hər 1000 oğlan uşağından 500-ə Əli adı verilir

Azərbaycanda hər 1000 oğlan uşağından 500-ə Əli adı verilir

Azərbaycanda hər 1000 oğlan uşağından 500-ə Əli adı verilir

“Dinlə bağlı adların xüsusi çəkisi var”.

Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır.

ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. 

O bildirib ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir:

“Hətta bir vətəndaş bizə müraciət etmişdi ki, qızının adını Seyid Zeynəb qoymaq istəyir. Deyirdi ki, dindar adamdır, istəyir, uşağının adı Seyid Zeynəb olsun. Nəhayət uşağın adı Zeynəb şəklində qaldı”.
 
S. Sadıqova qeyd edib ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: 

“Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 1000 nəfər oğlan uşağından 500-ə Əli adı verilir”.