» » » 500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO

500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO

500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO

“Tələb qoyuldu ki, o, öz hesabına tikilini söksün”.

Bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cı mikrorayonda intihara cəhd edən İlqar Məmmədovun tikdirdiyi restoran qanunsuz olub. 

ucarliyiq.biz xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva Modern.az saytına bildirib ki, sahibkarın qanunsuz tikilisi ilə bağlı ona dəfələrlə məlumat verilsə də, buna məhəl qoymayıb:

“2008-2010-cu ildən sahibkar Zeytun bağlarında qanunsuz obyekt tikməyə başlayıb. Ona dəfələrlə İcra Hakimiyyətindən xəbərdarlıq edilib ki, Zeytun bağlarının qırılması hesabına orada obyekt tikmək olmaz. Lakin o, buna məhəl qoymayıb və obyekti tikib. Daha sonra bizim tərəfimizdən tələb qoyuldu ki, o, öz hesabına həmin qanunsuz tikilini söksün”.  

Obyekt tikilməyə başlayanda deyil, uzun zaman keçəndən sonra İcra Hakimiyyətinin belə addım atmasına isə Rəvanə Əliyeva bu cür cavab verib: 

“İcra başçımız 4 il əvvəl təyin olunub və ilk gündən ona xəbərdarlıqlar edilib. Vəsaitə gəlincə, o, İcra Hakimiyyətinə heç bir pul ödəməyib. Başqa qurumlara ödəyibdirsə, onu sahibkardan dəqiqləşdirmək lazımdır. Bu haqda məlumatlı deyilik. Sadəcə, ona tələb qoyulub ki, sökülsün. 

Sahibkarın Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşündən sonra məsələnin necə həll ediləcəyi barədə məlumatsızıq. Məlumat olanda media ilə paylaşılacaq”.  

Bu gün səhər saatlarında Binəqədi rayonu, 9-cı mikrorayonda restoran sahibi intihara cəhd edib. İntihara cəhd edən İlqar Məmmədov adlı şəxs “Zeytun bağı" restoranının sahibi olub. Bu addımı atmasına səbəb restoranın sökülməsi olub və tələb edib ki, onun 500 yüz minini qaytarsınlar.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İbrahimov da olay yerinə gəlib.  Başçı intihara cəhd göstərən şəxslə 15 dəqiqəlik söhbət zamanı aşağı düşməsini xahiş edib.

Lakin sahibkar deyib: “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm”.  

İcra başçısı yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs binanın damından düşüb. 

500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO

500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO

500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO

500 min tələb edən sahibkara cavab: Obyekt qanunsuzdur – FOTO + VİDEO