» » » İDEAL ittihamlara cavab verdi

İDEAL ittihamlara cavab verdi

İDEAL ittihamlara cavab verdi

Məqalədə yazılanların tamamilə əsassızdır.

İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi haqqında “Yeni Müsavat” qəzeti“-də, Musavat.com” saytında yazılmış və daha sonra bir sıra saytlar tərəfindən köçürülmüş “İdeal”da saxta ətirlər satılır” məqaləsinə münasibət bildirib.

Şirkətdən ucarliyiq.biz-a verilən məlumata görə, İDEAL Parfumeriya və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb, hazırda 12 mağazası və 5100 kvadrat metrdən çox ümumi sahəsi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir. 

Mağazalarda müştərilərə dünyanın 140–dan çox məşhur və eksklyuziv brendlərinə məxsus parfum, dekorativ kosmetika və dəri üçün qulluq vasitələri təqdim edilir.

Məqalədə yazılanların tamamilə əsassız və qərəzli olduğu bildirilib.

Qeyd olunub ki, mağazalar şəbəkəsində təqdim olunan məhsulların hər biri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş gigiyenik ve uyğunluq sertifikatlarına malikdir.

Şirkət gələn həftə jurnalistlər üçün mətbuat konfransı təşkil edəcək.