» » » İlə 30 000 AZN kimlər qazanır?

İlə 30 000 AZN kimlər qazanır?

İlə 30 000 AZN kimlər qazanır?

Azərbaycandan son 10 il ərzində 5000-ə yaxın şəxs Britaniyada təhsil alıb.

Bu suala çox cavab ola bilər. Biz isə 1 qrup şəxslər var ki, burada sadəcə onları qeyd etmək istərdik. Bu, öz qarşısına böyük təhsil məqsədləri qoyub buna nail olaraq özünə uğurlu karyera qura bilmiş insanlardılar.

Dünya təcrübəsi göstərir ki, təhsilin düzgün planlaşdırılması ona sərf edilən vaxtın səmərəli olmasına və pulun sonradan tez bir zamanda geri qayıtmasına imkan verir. Məhz bu prinsipdən özünün və övladlarının gələcəyinə yanaşan xeyli sayda azərbaycanlı var ki, son illər onların övladları dünyanın müxtəlif prestijli universitetlərində təhsil alıblar və indi Azərbaycanda və ya ölkə xaricində böyük korporasiyalarda, şirkətlərdə özlərinə uğurlu karyera qura bilib və aya sadəcə 2 500 AZN deyil, daha çox qazana bilirlər.

Təhsil müəssisələri nə qədər çox şirkət və təşkilatlarla əməkdaşlıq edir, bir o qədər o əmək bazarının tələblərinə uyğun peşəkarlar hazırlaya bilir. Eyni zamanda innovativ və tədqiqat yönümlü universitetlər müxtəlif sahələr üzrə yenilikləri, trendləri izləməklə öz tədris və akademik mühitini effektiv edə bilirlər. Bu cür yanaşmanı illərdir tətbiq edən Britaniya universitetləri, eləcə də kollec və məktəbləri dünyaya bəxş etdiyi liderlər, top menecerlər, tədqiqatçılar ilə məşhurdur.

Azərbaycandan son 10 il ərzində 5000-ə yaxın şəxs Britaniyada müxtəlif tədris proqramları üzrə təhsil alıblar. Onların 1000-ə yaxını məhz Azərbaycan Respublikasının Xaricdə Təhsil Təqaüd Proqramları vasitəsilə bu ölkədə təhsil alıblar. Hazırda isə Britaniyada 800-dən artıq azərbaycanlı tələbə təhsil alır.

Birləşmiş Krallıqda təhsil almağa marağın hər il artdığını nəzərə alan British Council Azərbaycan özünün Education UK – Birləşmiş Krallıqda Təhsil sərgilərini vacib hesab edir və böyük məmnuniyyətlə öz övladlarının gələcəyinə biganə olmayan valideynlər, eləcə də məktəblilər və tələbələri 7-8 noyabr 2015-ci il tarixlərində keçiriləcək 5-ci Birləşmiş Krallıqda Təhsil Sərgisinə dəvət edir.

Ümumilikdə 29 universitet, kollec, məktəb və dil kursunun iştirakı ilə keçiriləcək sərgi Hilton otelində səhər saat 11-dən axşam 5-ə qədər keçiriləcək. Britaniyanın Top 30 universitetinin yarısı bu sərgidə iştirak edəcək.

Sərgidə iştirak ödənişsizdir və öncədən qeydiyyatdan keçə bilməmiş insanlar da sərgidə iştirak edə bilərlər. Sərgidə ziyarətçilər universitetlər, kollec və məktəblərin nümayəndələri ilə görüşüb təhsil planlaşdırılması, düzgün ixtisas seçimi, təhsil və praktika perspektivləri, eləcə də viza və yerləşmə ilə bağlı faydalı məsləhətlər ala bilərlər.

Sərgidə universitet nümayəndələri tərəfindən təhsil və karyera yönümlü seminarlar keçiriləcək. Britaniyada məzun olmuş gənclər də öz təcrübələrini gələcəkdə bu ölkədə təhsil almaq istəyən şəxslər ilə bölüşəcəklər. İştirakçıların növbəti tədris ili üçün təqdim etdiyi 60-dan artıq təqaüd və güzəşt siyahısı sərginin kataloqunda çap ediləcək.

İlk baxışdan xaricdə təhsil çox bahalı və əlçatmaz görünür. Eyni zamanda müxtəlif xarici ölkələrdə təhsil alan bəzi şəxslərin karyera uğursuzluqları insanlarda əminsizlik yaratsa da, Azərbaycanda artıq yüzlərlə uğur hekayələri var ki, onların da bu uğurları məhz düzgün planlaşdırılmış təhsil, əlbəttə ki, çalışqanlıqla mümkün olub. Biz inanırıq ki, tələbələr və valideynlər öz övladlarının uğurlu karyerasına doğru ilk addımı bu həftə sonu keçiriləcək Education UK sərgisində atacaqlar.