» » » 27-ci dəfə Həccə gedən deputat yenə Məkkəyə yollandı

27-ci dəfə Həccə gedən deputat yenə Məkkəyə yollandı

27-ci dəfə Həccə gedən deputat yenə Məkkəyə yollandı

“Məqsədim Kəbə evinin içərisinə daxil olmaqdır”.

Parlament seçkiləri ərəfəsində Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıdan deputat Qalib Salahzadə yenidən Məkkəyə gedib. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə deputatın özü Modern.az saytına açıqlamasında bildirib. 

Hacı Qalib qeyd edib ki, Məkkəyə dostları tərəfindən dəvət olunub.

“Hal-hazırda Məkkədəyəm. Dostlarım bura dəvət ediblər. Məqsədim Kəbə evinin içərisinə daxil olmaqdır. Bir dəfə buna nail olmuşam, bu da ikinci dəfədir”.

Artıq 4-cü gündür Məkkədə olan Q.Salahzadə bildirib ki, proses bir həftə çəkəcəyini deyib.

Qeyd edək ki, Milli Məclisin üzvü Qalib Salahzadə 27 dəfə müəqddəs Həcc ziyarətinə gedib. Sonuncu ziyarət Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsinə - bu ilin sentyabrına təsadüf etmişdi. Lakin hacı Qalib Salahzadə həmin Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmışdı.

Yeri gəlmişkən, 2010-cu il çeçkilərində YAP-ın vahid namizədlər siyahısı əsasında deputat seçilən Qalib Salahzadə bu dəfə hakim partiyanın etimadını qazana bilmədi və parlamentdən kənarda qaldı.

YAP onun deputat olduğu dairədən (27 saylı Sabunçu ikinci seçki dairəsi) başqa namizədi Dilarə Cəbrayılovanı dəstəklədi. D.Cəbrayılova artıq deputat seçilib. 

Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Qalib Salahzadənin deputat kimi səlahiyyəti Milli Məclisin yeni tərkibinin ilk iclas günündə başa çatacaq.