» » » Sabah çiskinli və yağmurlu hava gözlənilir

Sabah çiskinli və yağmurlu hava gözlənilir

Sabah çiskinli və yağmurlu hava gözlənilir

Şimal-şərq küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-ə verilən məlumata əsasən, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi metereoloji məlumata əsasən, noyabrın 7-9 da Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.