» » » Votsap, yutub, quql: Düzgün yazılış qaydası açıqlandı – SİYAHI

Votsap, yutub, quql: Düzgün yazılış qaydası açıqlandı – SİYAHI

Votsap, yutub, quql: Düzgün yazılış qaydası açıqlandı – SİYAHI

Yazılış qaydaları müəyyənləşdirilib.

Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. 

S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

ucarliyiq.biz sözlərin siyahısını təqdim edir. 

Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

"skype" - skayp
 
"site" - sayt
 
"provider" - provayder 
 
"facebook" - feysbuk
 
"twitter" - tvitter
 
"instagram" - instaqram
 
"e-mail"- imeyl
 
"youtube" - yutub
 
"messenger" - mesencer
 
"whatsapp" - votsap
 
"line" - layn
 
"viber" - vayber
 
"google" - quql
 
"yandex" - yandeks
 
"wi-fi" - vayfay