» » » “National Geographic Kids” jurnalının noyabr buraxılışı artıq satışdadır

“National Geographic Kids” jurnalının noyabr buraxılışı artıq satışdadır

“National Geographic Kids” jurnalının noyabr buraxılışı artıq satışdadır

Jurnalı cəmi 3 manata əldə etmək mümkündür.

Balaca oxucularımız “National Geographic Kids” jurnalının bu sayında ən güclü itlər olan koyotların qeyri-adi vərdişləri, robotların insanların həyatını necə yüngülləşdirməsi, insan zəkası barədə heyrətamiz 30 fakt, dünyanın ən ağıllı heyvanı olan fillər barədə oxuyacaqlar.

ucarliyiq.biz xəbər verir ki, əlavə olaraq, Ginnesin Rekordlar Kitabından insanı mat qoyan faktlar, məzəli heyvanların başına gələnlər, kosmosun müəmmalarından olan çəhrayı planet barədə hekayələr uşaqları çox heyrətləndirəcək.

Əyləncəli guşə və “Biliyinlə Qazan!” rubrikasının düşündürücü sualları onları yenə sınağa çəkəcək.

Onu da qeyd edək ki, noyabr ayından etibarən jurnala “Çək, göndər!” adlı rubrika əlavə edilib ki, burada məktəblilərin əl işləri öz əksini tapacaq.

Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür. Qiyməti 3 manatdır. Azərbaycanın istənilən nöqtəsində istənilən ünvana çatdırılma pulsuzdur.

Abunə yazılmaq və əlavə məlumat almaq üçün (012) 563 56 25 (daxili nömrə 302) nömrəsinə zəng edin.

“National Geographic Kids” jurnalının noyabr buraxılışı artıq satışdadır