» » » Mübariz Qurbanlı: Falçıya gedib Quran “açdırmaq” dində yasaqdır

Mübariz Qurbanlı: Falçıya gedib Quran “açdırmaq” dində yasaqdır

Mübariz Qurbanlı: Falçıya gedib Quran “açdırmaq” dində yasaqdır

“Qurani-Kərim özü bir elmdir, məscidlərimiz elm yeridir”.

Bizim əhalinin 96 faizi müsəlman olsa da, əhalinin əksər hissəsi demək olar ki, İslam dinini kifayət qədər bilmir.

ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanda mütəxəssislər, yaxşı alimlər var, dini inancı olan insanlarımız var.

“Lakin bəzən dini inancı yaşayan insanlar belə, dinimizi o qədər yaxşı bilmir. Buna görə də bəziləri dini radikalizmin təsiri altına düşürlər. Məsələn, biri gəlir gənclərin toplaşdığı yerdə deyir ki, Qurani-Kərimin filan ayəsində belə deyilib.

Amma insanlar ərəb dilini bilmədiyinə, Quranı Azərbaycan dilində oxumadığına görə, bilmir ki, o adam yalan danışır, yaxud düz. Ona görə də hər kəs Qurani-Kərimi yaxşı oxumalıdır. Falçıya gedib Quran “açdırmaq” və s. bunlar hamısı dində yasaqdır. Qurani-Kərim özü bir elmdir, məscidlərimiz elm yeridir”, - deyə, o, qeyd edib.