» » » Mübariz İbrahimovun atasından - BƏYANAT

Mübariz İbrahimovun atasından - BƏYANAT

Mübariz İbrahimovun atasından - BƏYANAT

“Bu bizi ​qəlbən incidir”.

Son günlər bəzi radikal dindarlar oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək, onun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər edirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir günü öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bu barədə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun yaydığı bəyanatda qeyd olunub.

“Özümün və ailəmin adından belə şəxslərə bir daha müraciət edirəm, onları şəhid ruhunu və şəhid valideynlərini incidən təxribatçı əməllərdən çəkinməyə çağırıram”, deyə Ağakərim İbrahimov bildirib.