» » » “Kupça”sız evi necə qeydiyyata aldırmalı? - VİDEO

“Kupça”sız evi necə qeydiyyata aldırmalı? - VİDEO

“Kupça”sız evi necə qeydiyyata aldırmalı? - VİDEO

Yeni binalarda mənzil alarkən evin kupçası olmasa belə.

Yeni binalardan mənzil alan vətəndaşların əksəriyyəti bina istismara qəbul edilmədiyi üçün kupça əldə edə bilmirlər. Bu isə mənzillərinin pulunu tam ödəsələr də onlara mülkiyyətçi hüququ vermir və buna görə bir sıra problemlər yaranır. 

“Xəzər Xəbər” kupça olmadan mənzilinizi Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydiyyatdan keçirərək mülkiyyət hüququ əldə etməyin yolunu araşdırıb.

Yeni binalarda mənzil alarkən evin kupçası olmasa belə mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaq və bununla da həmin mənzil üzərində mülkiyyətçi hüquqlarını təmin etmək mümkündür.

Bir çox vətəndaş bunu bilmədiyinə görə pulunu tam ödəməsinə baxmayaraq öz mənzili üzərində qərar vermək hüququna malik deyil. Yeni binalarda mənzili qeydiyyata aldırmaq həm tikintisi başa çatmayan, həm də tikintisi başa çatıb ancaq istismara qəbul olunmayan binalarda mümkündür. Qabaqcadan qeydiyyata alma deyilən bu proses Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 17-ci maddəsi ilə tənzimlənir. Mənzili dövlət qeydiyyatına aldırmaq isə o qədər çətin bir proses deyil.

Mənzilini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaqla vətəndaşlar mənzilləri ilə bağlı bir sıra problemləri həll etmək imkanı əldə edirlər.

Əgər vətəndaş yeni binalardakı mənzilini Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata aldırmaq üçün müraciət edərsə və mənfi cavab alarsa bu hüququnu inzibati-iqtisad məhkəmələrinə müraciət etməklə əldə edə bilər. Bununla bağlı məsələlərdə sənədlər qaydasındadırsa məhkəmələr mütləq qaydada vətəndaşın xeyrinə qərar çıxarır.