» » » Rusiyada azərbaycanlıya məxsus 500 kq meyvəni məhv etdilər

Rusiyada azərbaycanlıya məxsus 500 kq meyvəni məhv etdilər

Rusiyada azərbaycanlıya məxsus 500 kq meyvəni məhv etdilər

Hadisə reyd zamanı baş verib.

Rostovda azərbaycanlının satdığı 500 kq meyvə və tərəvəzi məhv ediblər. Hadisə bu gün Dövlət Veterinar Müfəttişliyinin əməkdaşlarının keçirdiyi genişmiqyaslı reyd zamanı baş verib.

ucarliyiq.biz Privet-Rostov-a istinadən xəbər verir ki, dövlət strukturunun nümayəndələri Azərbaycan vətəndaşının satdığı 500 kq çəkisi olan meyvə və tərəvəzi Tolstoy meydanında məhv ediblər.

Satılan mal üçün müvafiq sənədlərin təqdim edilməsini xahiş edən zaman bu sənədlərin kişidə olmadığı aşkar edilib. Nəticədə yarım tonluq meyvə və tərəvəzin məhv edilməsi qərarı alınıb.