» » » Salyanda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Salyanda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Salyanda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Əbilov anasının paltar yumaq üçün qızdırdığı su vedrəsinə toxunub.

Salyan rayonunda bədbəxt hadisə baş verib. Azyaşlı yanaraq dünyasını dəyişib.

ucarliyiq.biz xəbər verir ki, Salyan rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 2012-ci il təvəllüdlü Fariz Natiq oğlu Əbilov anasının paltar yumaq üçün qızdırdığı su vedrəsinə toxunub və qabda olan qaynar su azyaşlının üzərinə tökülüb.

Çoxsaylı yanıq xəsarətləri alan uşağı ailə üzvləri dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada uşağa 4 gün tibbi yardım göstərilsə də o, dünyasını dəyişib.

Övladı dünyasını dəyişən ailənin Farizdən başqa iki övladı var.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.