» » » Göyçayda Nar festivalı keçirilib - FOTO

Göyçayda Nar festivalı keçirilib - FOTO

Göyçayda Nar festivalı keçirilib - FOTO

Festivalda 15 000 dən çox insan iştirak edib.

Göyçay rayonunda 10-cu dəfə Nar festivalı keçirilib.

ucarliyiq.biz xəbər verir ki, festivalda 15 000 dən çox insan iştirak edib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edib.

Festival iştirakçıların diqqətinə çatdırılıb ki, bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə 47 min tona yaxın nar yığılacaq ki, bu da keçən ildəkinə nisbətən 2 min ton çoxdur. Qeyd olunub ki, Göyçay yeganə rayondur ki, burada narın 67 sortu yetişir. 

Bayram tədbiri zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib.

Qeyd edək ki, sərgidə Nar mobil operatoru da iştirak edib. Narın stendi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı Nar-dan festival iştirakçıları üçün müxtəlif oyunlar təşkil edilib. Qaliblərə müxtəlif hədiyyələr verilib.

Təbiidir sonunda əllərində Azərbaycanın dövlət bayraqlarını tutan rayon gənclərin yürüşü keçirilib.

Festival konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.

Göyçayda Nar festivalı keçirilib - FOTO

Göyçayda Nar festivalı keçirilib - FOTO

Göyçayda Nar festivalı keçirilib - FOTO

Göyçayda Nar festivalı keçirilib - FOTO