» » » Hacıqabulda “Mercedes” aşdı: Bir ailənin 3 üzvü yaralanıb

Hacıqabulda “Mercedes” aşdı: Bir ailənin 3 üzvü yaralanıb

Hacıqabulda “Mercedes” aşdı: Bir ailənin 3 üzvü yaralanıb

Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
 
İmişli rayon sakininin idarə etdiyi “Mercedes” markalı avtomobili yoldan çıxararaq aşıb.
 
Qəza nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.