» » » Bakıda ticarət mərkəzində yanğın

Bakıda ticarət mərkəzində yanğın

Bakıda ticarət mərkəzində yanğın

FHN məlumat yaydı.

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan ticarət mərkəzində yanğın baş verib.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ticarət mərkəzinin çöl divarına quraşdırılmış elektrik qutusunda 2 ədəd elektrik sayğacı və 2 ədəd elektrik qoruyucu yanıb.

Ticarət mərkəzi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.