» » » Bakıda itkin düşən qızı qaçırıblarmış...

Bakıda itkin düşən qızı qaçırıblarmış...

Bakıda itkin düşən qızı qaçırıblarmış...

Xəbər ala bilməyən ailə polisə məlumat verib.

Bakıda bir neçə gündür ki, itkin düşən qızın qaçırıldığı məlum olub.

ucarliyiq.biz musavat.com-a istinadən xəbər verir ki, bu barədə qaçırılan qızın anası Bakı sakini 1963-cü il təvəllüdlü Səbinə Eyvazova (ad şərtidir) polisə məlumat verib.

O, bildirib ki, Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Seydi Səlimov onun qızının qaçırıb.

Qeyd edək ki, qızları 1995-ci il təvəllüdlü Aynurdan (ad şərtidir) bir neçə gündür ki, xəbər ala bilməyən ailə polisə məlumat verib. Sonradan məlum olub ki, S.Səlimov qızı evlənmək məqsədi ilə qaçırıb.

S. Səlimov qızı evlənmək məqsədi ilə qaçırdığı barədə sonradan ailəyə məlumat çatdırıb.