» » » Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı - FOTO

Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı - FOTO

Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı - FOTO

DGK məlumat yaydı.

Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində qısamüddətli, cüzi sıxlığın yaranmasına səbəb olub.

DGK-dan bildiriblər ki, dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı sıxlıq müşahidə olunmur.

Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı - FOTO

Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı - FOTO

Gürcüstanla sərhəddə yaranmış tıxacın səbəbi açıqlandı - FOTO