» » » “Azərsu”nun keçmiş prezidenti qayıtdı

“Azərsu”nun keçmiş prezidenti qayıtdı

“Azərsu”nun keçmiş prezidenti qayıtdı

Qurum məlumat yaydı.

“Azərsu” ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.

ASC-dən ucarliyiq.biz-a verilən məlumata görə, N.Rzayev “Azərsu” ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi. 

Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.