» » » “National Geographic Azərbaycan” jurnalının noyabr sayı artıq satışdadır

“National Geographic Azərbaycan” jurnalının noyabr sayı artıq satışdadır

“National Geographic Azərbaycan” jurnalının noyabr sayı artıq satışdadır

Dünyaca məşhur dərgini cəmi 4 manata əldə edə bilərsiniz.

Əsrlərlə müxtəlif mədəniyyətlərdə yüksək zövqlü bəzək əşyalarının hazırlanmasında istifadə olunan fil dişinin qanunsuz ticarətinin qurunun ən nəhəng canlısına vurduğu zərəri təsəvvür edə bilərsinizmi? Bəs, fil dişinin ticarət yolları haradan keçir? Saxta fil dişinin içərisinə yerləşdirilmiş izləmə cihazı vasitəsilə bu suallara dərginin noyabr sayında aydınlıq gətiriləcək. Həmçinin, bu sayımızda iqlim dəyişikliyinin aktual mövzu olduğu bir dövrdə Almaniya və
ABŞ-ın timsalında ekoloji təmiz enerjidən istifadə modelləri, müqəvva sənəti – taksidemiya barədə də məlumat verilib.

ucarliyiq.biz xəbər verir ki, ənənəvi “3 Sual” rubrikasının budəfəki qonağı olan AMEA Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov Xəzər dənizinin səviyyəsinin dəyişməsi mövzusuna toxunub. Həmçinin, Bakı şəhərinin avtomobilləşməsi barədə araşdırmanı da noyabr sayından oxuya bilərsiniz.

Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda sizə yardımçı olacaq.

Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür. Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma daxildir.

Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.

“National Geographic Azərbaycan” jurnalının noyabr sayı artıq satışdadır