» » » Amerikalı tələbələr Azərbaycan yeməkləri hazırladı – FOTO

Amerikalı tələbələr Azərbaycan yeməkləri hazırladı – FOTO

Amerikalı tələbələr Azərbaycan yeməkləri hazırladı – FOTO

Tələbələrin hazırladığı mətbəxi nümunələri ABŞ-da təqdim olunub.

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən Harbor Kollecində Azərbaycan milli mətbəxinin təbliğinə dair geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə təşkil edilmiş tədbirdə kollecin kulinariya ixtisasının müəllim-tələbə kollektivi tərəfindən Azərbaycan milli mətbəxinə məxsus müxtəlif yemək və şirniyyat növləri hazırlanaraq qonaqlara təqdim olunub.

Baş Konsulluqdan ucarliyiq.biz-ə verilən məlumata görə, tədbirdə əsasən Los Anceles sakinləri, kulinariya tədqiqatçıları və müxtəlif icmaların nümayəndələri iştirak edib.

Tədbirin açılışında çıxış edən Baş Konsulluğun vitse-konsulu Rafiq Rüstəmov qonaqları salamlayaraq belə bir önəmli təşəbbüsə görə Harbor Kollecinin kollektivinə təşəkkürünü bildirib. Los Ancelesli jurnalist, Azərbaycan mədəniyyətinin dostlarından olan Nensi Pörlman (Nancy Pearlman) çıxış edərək Azərbaycan mətbəxinin zənginliyi barədə öz təəssüratlarını bölüşüb, tədbirin əlamətdar mədəniyyət hadisəsi olduğunu vurğulayıb.

Sonra kollecin əməkdaşı, tanınmış kulinariya ustası Covanni Delrosaronun (Giovanni Delrosario) rəhbərliyi altında gənc aşpazlar tərəfindən Azərbaycan milli mətbəxindən 9 adda yemək və şirniyyatlardan ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.

Tədbirdə Los Ancelesdə yaşayan soydaşlarımızdan tar ifaçısı və vokalçı Vahid Bayat pianonun müşayiəti ilə Azərbaycan musiqilərini ifa edib və xalq mahnılarımızdan nümunələr səsləndirib.

Amerikalı tələbələr Azərbaycan yeməkləri hazırladı – FOTO

Amerikalı tələbələr Azərbaycan yeməkləri hazırladı – FOTO

Amerikalı tələbələr Azərbaycan yeməkləri hazırladı – FOTO