» » » Nazirlik : Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verdi

Nazirlik : Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verdi

Nazirlik : Oktyabrda istehsalatla əlaqəli 8 bədbəxt hadisə baş verdi

ƏƏSMN məlumat yaydı.

Cari ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2%, bu hadisələr zamanı xəsarət alanların sayı 40%-ə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb.

Bu barədə ucarliyiq.biz-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib. 
 
“Bu ilin oktyabr ayında isə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib.

Ay ərzində istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb.

Habelə ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında bir bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb”, - deyə nazirlikdən qeyd edilib. 

Nazirlikdən onu da bildiriblər ki, iş yerlərində baş vermiş hər bir istehsalat qəzası ilə bağlı qanunauyğun şəkildə təhqiqatın aparılması və müvafiq tədbirlərin görülməsi təmin olunub.